Ağ ev: Danışıqların hansı şərtlər altında aparılacağını Zelenski müəyyən edəcəkbackend

Ağ ev: Danışıqların hansı şərtlər altında aparılacağını Zelenski müəyyən edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə direktoru Con Kirbi bəyan edib ki, Rusiya ilə sülh danışıqlarına yalnız Ukrayna prezidenti Vladimir Zelenski qərar verməlidir, lakin Rusiya lideri Vladimir Putin belə bir dialoqa hazır deyil.

Editor.az xəbər verir ki, Kirbi RİA Novosti xəbər agentliyinə verdiyi açıqlamada Rusiya prezidenti Vladimir Putinin ölkəsinin Ukrayna ilə danışıqlar masasına oturmağa hazır olduğu, lakin bunun üçün Vaşinqtonun Kiyevə siqnal göndərməli olduğu barədə sözlərini dəyərləndirib.

“Əvvəldən dediyimiz kimi, Ukraynasız Ukrayna haqqında heç bir qərar verilə bilməz. Əgər bir gün sülh danışıqlarından söhbət gedirsə, bu, prezident Zelenskinin qərarı olacaq və olmalıdır. Üstəlik, onun şərtlərinə əsaslanmalıdır. Zelenski müstəqil Ukraynanın dövlət başçısıdır. Cənab Putin istəsə də, istəməsə də, Ukrayna müstəqil ölkədir. “Prezident Zelenski Ukrayna xalqı və ölkəsi adından danışmaq üçün xalq tərəfindən seçilib. Zelenski Vladimir Putinlə danışıqlar masasına nə vaxt oturacağına və oturmağa hazır olub-olmayacağına qərar verəcək. Uğur və qələbənin necə olacağını və danışıqların hansı şərtlər altında aparılacağını Zelenski müəyyən edəcək”,-deyə Kirbi bildirib.

//Gülnarə Abasova, Editor.az