Ağ Ev: İrana qarşı hücum üçün bir çox əsas irəli sürmək mümkündürbackend

Ağ Ev: İrana qarşı hücum üçün bir çox əsas irəli sürmək mümkündür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evin mətbuat katibi Karoline Leavitt ABŞ ilə İran arasında ölkənin nüvə proqramı ilə bağlı aparılan danışıqlarda müəyyən, lakin məhdud irəliləyiş əldə olunduğunu bildirib. Onun sözlərinə görə, bəzi məsələlər üzrə tərəflərin mövqeləri hələ də ciddi şəkildə fərqlənir və yaxın həftələrdə Tehrandan əlavə təfərrüatların təqdim olunması gözlənilir.

Editor.az xəbər verir ki, Karoline Leavitt Cenevrədə keçirilən son danışıqlardan sonra mətbuata açıqlama verib.

Leavitt qeyd edib ki, müzakirələrdə çox cüzi irəliləyiş qeydə alınıb. O bildirib ki, razılaşma əldə edilməyəcəyi təqdirdə Böyük Britaniyanın dənizaşırı ərazisi olan Diego Garcia adasından istifadə məsələsi gündəmə gələ bilər.

Mətbuat katibi çıxışında deyib:

“İrana qarşı hücum təşkil etmək üçün bir çox əsas irəli sürmək mümkündür. Prezident hər zaman açıq şəkildə bəyan edib ki, İran və ya dünyanın istənilən ölkəsi ilə münasibətlərdə diplomatiya əsas seçimdir. İranın Prezident Donald Trump və hazırkı administrasiya ilə razılığa gəlməsi olduqca ağıllı addım olardı.

Müəyyən irəliləyiş əldə olunub, lakin bəzi məsələlərdə mövqelərimiz hələ də kifayət qədər uzaqdır. Hesab edirəm ki, iranlı tərəf qarşıdakı bir neçə həftə ərzində bizə daha ətraflı məlumat təqdim edəcək. Prezident bu prosesin necə inkişaf etdiyini izləməyə davam edəcək.

Əgər İran razılaşma əldə etməmək qərarına gəlsə, təhlükəli rejimin mümkün hücumlarının qarşısını almaq məqsədilə Diego Garcia adasından istifadə etmək məcburiyyəti yarana bilər”.

//Gülnarə Abasova, Editor.az