Ağ Ev İsrailin Qəzzada atəşkəs çağırışını gücləndiribbackend

Ağ Ev İsrailin Qəzzada atəşkəs çağırışını gücləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden administrasiyası İsrailə Qəzza zolağında müvəqqəti atəşkəs və əhaliyə humanitar yardımın artırılması tələblərini artırıb.

Editor.az bu barədə Hill-ə istinadla xəbər verir. Nəşrin yazdığına görə, xüsusilə Qəzza zolağına humanitar yardımın həcminin artırılması ilə bağlı Vaşinqtonla Təl-Əviv arasında fikir ayrılıqları var. ABŞ-ın vitse-prezidenti Kamala Harris martın 3-də Alabama ştatında etdiyi çıxışında vəziyyəti “humanitar fəlakət” adlandırıb. O vurğulayıb ki, İsrail hakimiyyəti daha çox səy göstərməli və humanitar yardım axınını artırmalıdır. Vaşinqtonda vitse-prezident İsrail hərbi kabinetinin üzvü Benni Qantzla görüşüb. Onlar Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı razılığın əldə olunmasının zəruriliyini müzakirə ediblər.

Bundan əlavə, Harris Fələstinin radikal HƏMAS hərəkatını məhbusların azad edilməsinin altı həftə ərzində dərhal atəşkəsi təmin edəcəyi və Qəzzada humanitar yardımın həcminin artırılmasına kömək edəcəyi təklif olunan şərtləri qəbul etməyə çağırıb. Qəzza zolağında atəşkəslə bağlı danışıqlar martın 3-dən Qahirədə Misir, Qətər, ABŞ və HƏMAS nümayəndələrinin iştirakı ilə keçirilir. Son görüşdə girov qocaların azad edilməsi üçün bölgədə bir həftəlik atəşkəs rejiminin tətbiqi təklif olunub.

//Gülnarə Abasova, Editor.az