Hindistanın baş naziri Narendra Modinin Ukraynaya səfəri faydalı ola bilər.
Editor.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu fikri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. O, Hindistan və Modinin ABŞ-ın güclü tərəfdaşları olduğunu vurğulayıb.
“Əgər bu, münaqişənin Zelenskinin ədalətli sülhünə uyğun şəkildə başa çatmasına kömək edəcəksə, o zaman bunun faydalı olduğunu düşünürük”,- deyə o bildirib.
Qeyd edək ki, avqustun 23-də günortadan sonra Narendra Modi Kiyevə bir günlük səfəri zamanı Vladimir Zelenski ilə görüşüb. Modi ölkədə sülhün təmin olunmasına kömək etmək üçün şəxsən istənilən rolu oynamağa hazır olduğunu bildirib. Modi ölkəyə sülh mesajı ilə gəldiyini qeyd edib. Onun sözlərinə görə, silahlı münaqişəyə yalnız dialoq və diplomatiya yolu ilə son qoymaq olar. Modinin səfəri Hindistanın baş nazirinin Ukraynaya ilk səfəri olub.
//Gülnarə Abasova, Editor.az

