Ağ Ev: “Nova Kaxovka bəndində nə baş verdiyini dəqiq deyə bilmərikbackend

Ağ Ev: “Nova Kaxovka bəndində nə baş verdiyini dəqiq deyə bilmərik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Xerson vilayətində Rusiyanın nəzarətində olan Nova Kaxovka su elektrik stansiyasının dağılmasından sonra Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi açıqlama verib.

Editor.az xarici mediaya istinadən bildirir ki, su anbarının dağılmasına nəyin səbəb olduğunu dəqiq deyə bilməyəcəyini bildirən Kirbi Rusiyanın dağıntılara səbəb olduğu xəbərlərini araşdırdıqlarını söyləyib.

“Biz bənddəki partlayışa görə Rusiyanın məsuliyyət daşıdığına dair xəbərləri görmüşük. Bunu araşdırmaq üçün əlimizdən gələni edirik və daha çox məlumat toplamaq üçün ukraynalılarla işləyirik, lakin nə baş verdiyini dəqiq deyə bilmərik”,-deyə o bildirib.

Su bəndinin sökülməsinin müharibə cinayəti olub-olmayacağı ilə bağlı suala Kirbi cavab verib ki, beynəlxalq hüquq mülki infrastrukturun sökülməsini qadağan edir.
Kirbi həmçinin bildirib ki, Birləşmiş Ştatlar zərər çəkənlərə yardım göstərmək üçün humanitar tərəfdaşlarla işləməyə davam edəcək. Digər tərəfdən Rusiya hücumun arxasında olmadığını bildirərək, bunun Ukraynanın təxribatı olduğunu iddia edib.

//Safura Bənnayeva, Editor.az