Ağ Ev rusların ABŞ-ın nüvə obyektlərinə qadağa qoyulması ideyasına qarşıdırbackend

Ağ Ev rusların ABŞ-ın nüvə obyektlərinə qadağa qoyulması ideyasına qarşıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Ev Rusiya Federasiyası və Çin vətəndaşlarının ABŞ-ın nüvə obyektlərinə girişini qadağan edən müdafiə büdcəsi layihəsini dəstəkləməyib.

Editor.az xəbər verir ki, bu barədə  Evin İdarəetmə və Büdcə Ofisinin dərc etdiyi sənəddə deyilir.

“Administrasiya Çin və Rusiya vətəndaşlarına milli təhlükəsizlik laboratoriyalarına və ya nüvə silahı istehsalı obyektlərinə baş çəkməyi qadağan edən 3111-ci maddəyə qarşı çıxır”, – sənəddə deyilir. Bu cür qadağaların bioloji, kimyəvi və nüvə silahlarının yayılmaması sahəsində çinli və rusiyalı mütəxəssislərlə qarşılıqlı əlaqə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracağı vurğulanan sənəddə deyilir: “Laboratoriyalarda və nüvə silahı istehsalı müəssisələrində tətbiq edilən hazırkı ziyarətçi yoxlama prosesi ziyarətçilərdən gələn təhdidlərə nəzarət etmək və məxfi məlumatı qorumaq zərurətini nəzərə alaraq hazırlanmışdır.

Administrasiyanın müdafiə büdcəsinin milli təhlükəsizlik sahəsində tədqiqat layihələri həyata keçirən tədqiqatçılara lüzumsuz məhdudiyyətlər nəzərdə tutan bəzi digər maddələrinə də qarşı çıxdığı bildirilmiş və belə məhdudiyyətlərin Pentaqonun “kritik əhəmiyyətli”ləri cəlb etmək qabiliyyətinə zərər verəcəyi qeyd edilmişdir.

//Gülnarə Abasova, Editor.az