Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya səfərini yaxından izlədiyini və bu iki ölkə arasında mümkün hərbi əməkdaşlıq sazişinə cavab verməyə hazır olduğunu bildirib.
Editor.az xəbər verir ki, bu barədə Con Kirbi keçirdiyi mətbuat konfransında Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya səfəri ilə bağlı sualı cavablandırarkən deyib.
“Əgər onlar silah müqaviləsində irəliləyiş əldə etmək qərarına gəlsələr, əlbəttə ki, lazımi addımları atacağıq. ABŞ və dünya ictimaiyyətinin nöqteyi-nəzərindən Şimali Koreya üçün nəticələrin olacağı aydındır. Açığını deyim ki, biz Şimali Koreya ilə Rusiya arasında artan müdafiə əməkdaşlığından narahatıq. Bunlar digər ölkələrlə yaxşı yola getməyən və bir-birine çox güvənməyən iki ölkədir”,-deyə o bildirib.
//Gülnarə Abasova, Editor.az