Ağ ev təsdiqlədi: İcazə vermişik!backend

Ağ ev təsdiqlədi: İcazə vermişik!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibinin Qərb yarımkürəsi məsələləri üzrə köməkçisi Brayan Nikols prezident Co Baydenin Ukraynaya Rusiya ərazisinə uzaqmənzilli silahlardan zərbələr endirmək səlahiyyəti verdiyini təsdiqləyib.

Bu, Amerika hakimiyyətinin nümayəndəsi tərəfindən qadağanın götürülməsi barədə məlumatın ilk təsdiqidir. Onun sözlərinə görə, bu, Kiyevə müdafiə üçün daha çox imkanlar verəcək və bu da öz növbəsində Moskvanı danışıqlara sövq edəcək.

“Prezident Baydenin Ukraynaya istifadə etməsinə icazə verdiyi silahlar ona özünü müdafiə etməsinə daha çox imkan verəcək və ümid edirik ki, Rusiya Ukrayna ərazisini ələ keçirmək üçün gücdən istifadənin uğur qazanmayacağını başa düşməyə imkan verəcək və bəlkə də sülh danışıqları aparacaq və bəlkə də Ukraynanı sadəcə tərk etməsinə səbəb olacaq”, – deyə Nikols “O Globo”ya müsahibəsində ABŞ-ın qərarının münaqişənin genişlənməsinə səbəb olub-olmayacağı sualına cavab verib.

//Samir Qurbanov, Editor.az