Ağ Ev: Tramp Kim Çen Inla ilkin şərtsiz görüşməyə hazırdırbackend

Ağ Ev: Tramp Kim Çen Inla ilkin şərtsiz görüşməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla heç bir ilkin şərt olmadan danışıqlara hazırdır.

Editor.az xəbər verir ki, bunu Ağ Ev rəsmisi Cənubi Koreyanın Yonhap xəbər agentliyinə açıqlamasında deyib.

Mənbənin sözlərinə görə, Tramp prezidentliyinin ilk müddətində Kimlə üç dəfə görüşüb və bu dialoqlar Koreya yarımadasında vəziyyətin sabitləşməsinə müəyyən təsir göstərib. Rəsmi həmçinin ABŞ-ın Şimali Koreya ilə bağlı siyasətində dəyişiklik olmadığını vurğulayıb.

Qeyd olunur ki, bu, ilk dəfədir ki, Ağ Ev Amerika liderinin potensial dialoq üçün heç bir ön şərt irəli sürmədiyini açıq şəkildə bəyan edir.

Cənubi Koreya rəsmiləri oktyabrın 31-dən noyabrın 1-dək Kyoncu şəhərində keçirilən APEC sammiti çərçivəsində Tramp və Kim Çen Inın görüş ehtimalını istisna etməyiblər. Yerli media isə ehtimal edir ki, tərəflər 2019-cu ildə olduğu kimi Cənubi Koreya-Şimali Koreya sərhədində də yenidən görüşə bilərlər.

Xatırladaq ki, Kim Çen In sentyabrın 20-21-də Ali Xalq Məclisinin sessiyasında Tramp ilə görüşlərini “müsbət xatirələr” kimi dəyərləndirmişdi. ABŞ prezidenti isə avqust ayında bəyan etmişdi ki, bu il Şimali Koreya lideri ilə şəxsən görüşmək niyyətindədir.

// Gülnarə Abasova, Editor.az