ABŞ prezidenti Donald Tramp rus və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenskidən getdikcə qıcıqlanır.
Editor.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit brifinq zamanı bildirib.
Onun sözlərinə görə, Amerika lideri tam atəşkəs istəyir.
“Mən başa düşdüyüm qədərilə Vladimir Putin bu səhər müvəqqəti atəşkəs təklif edib”, – Ağ Evin sözçüsü bildirib.
O, Trampın qan tökülməsinin dayanması üçün əvvəlcə tam atəşkəs istədiyini açıq şəkildə ifadə etdiyini bildirib.
//Gülnarə Abasova, Editor.az