Ağ Ev: Ukrayna ilə bağlı yeni sülh planı hazırlanırbackend

Ağ Ev: Ukrayna ilə bağlı yeni sülh planı hazırlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezident Administrasiyası Ukraynadakı münaqişənin həlli ilə bağlı hazırlanan yeni sülh planının mövcud reallıqları əks etdirdiyini bildirib.

Editor.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlərlə keçirilən brifinqdə açıqlayıb.

Levittin sözlərinə görə, təklif olunan sülh planı beş illik dağıdıcı münaqişədən sonra regiondakı real vəziyyət nəzərə alınaraq hazırlanıb. O bildirib ki, plan hər iki tərəfin öz imkanlarından daha artıq fayda əldə edəcəyi “qazan-qazan” modelinə xidmət etməlidir.

“Politico”nun məlumatına görə, Ukraynanın avropalı müttəfiqləri Vaşinqtonun Moskva ilə guya gizli şəkildə hazırladığı iddia edilən bu yeni sülh planından təəccübləniblər. Qərbli ekspertlər hesab edirlər ki, təqdim olunan şərtlərin qəbul edilməsi Kiyev üçün ciddi uğursuzluq ola bilər.

//Gülnarə Abasova, Editor.az