Ağ Ev Ukrayna nümayəndə heyətinin sülh planına dair mövqeyini açıqlayıbbackend

Ağ Ev Ukrayna nümayəndə heyətinin sülh planına dair mövqeyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cenevrədə keçirilən danışıqlar zamanı Ukrayna nümayəndə heyəti mövcud sülh sazişi layihəsinin ölkənin milli maraqlarına uyğun olduğunu təsdiqləyib.

Editor.az xəbər verir ki, bu barədə görüşdən sonra Ağ Ev məlumat yayıb.

Ağ Evin açıqlamasında bildirilir ki, Kiyev rəsmiləri sülh planının müzakirəsi zamanı onları narahat edən bütün əsas məsələlərin diqqətlə nəzərdən keçirildiyini vurğulayıblar.

Ukrayna prezidenti Volodimir Zelenski ilə Ağ Ev rəhbəri Donald Tramp arasında noyabrın 23-də Cenevrədə keçiriləcək görüş ərəfəsində sülh planının şərtlərinin dəqiqləşdirilməsi məqsədilə danışıqlar aparılıb. Görüşdə ABŞ dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff da iştirak edib. Tərəflər Trampın Ukrayna üzrə sülh təşəbbüsünü müzakirə ediblər. Planın şərtləri razılaşdırıldıqdan sonra Vitkoffun Moskvaya səfərinin baş tutacağı gözlənilir.

Qeyd edək ki, Ukrayna nümayəndə heyəti amerikalı rəsmilərlə danışıqlardan öncə Böyük Britaniya, Fransa və Almaniyanın təhlükəsizlik müşavirləri ilə də görüşüb.

// Gülnarə Abasova, Editor.az