Ağ ev ukraynalı pilotların F-16-da təlim keçməsinə icazə vermirbackend

Ağ ev ukraynalı pilotların F-16-da təlim keçməsinə icazə vermir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar ukraynalı pilotlarının Avropada F-16-da təlimə başlamasına icazə vermir.

Editor.az xəbər verir ki, bu barədə “The New York Times” adı açıqlanmayan ukraynalı rəsmiyə istinadən yazıb. O qeyd edib ki, ABŞ-ın icazəsi olmadan ukraynalı pilotlar yalnız texniki dillə tanış ola və taktiki dərslər keçə bilirlər. F-16-da sınaq uçuşları mümkün deyil.

Nəşrin yazdığına görə, Amerika istehsalı olan istənilən təyyarənin təhvil verilməsinə razılıq verməli olan Bayden administrasiyası hələ də Ukraynanın bahalı qırıcılara ehtiyacı olduğuna əmin deyil. ABŞ-ın yüksək rütbəli rəsmisi bildirib ki, Ağ Ev F-16-ların Ukraynaya çatdırılmasının əleyhinədir, çünki bu qırıcılar çox bahalıdır. Bunların transferi Ukraynaya dəstək üçün ayrılan büdcənin çox böyük hissəsini tuta bilər.

Bunun əvəzinə ABŞ administrasiyası diqqətini digər silahların tədarükünə yönəltmək niyyətindədir. Eyni zamanda, o, Bayden administrasiyasının Avropa ölkələrinə F-16-larını Ukraynaya köçürməyə icazə verə biləcəyini də istisna etməyib.

  //Samir Qurbanov,Editor.az