Ağ Ev Ukraynanın Yaxın Şərqə mümkün dəstəyini yenidən rədd edibbackend

Ağ Ev Ukraynanın Yaxın Şərqə mümkün dəstəyini yenidən rədd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Amerika Birləşmiş Ştatlarının İranın pilotsuz uçuş aparatlarına qarşı müdafiə olunmaq üçün Ukraynanın yardımına ehtiyacı yoxdur”.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ağ Evin adının açıqlanmasını istəməyən rəsmisi New York Post qəzetinə verdiyi açıqlamada bildirib.

Rəsminin sözlərinə görə, “Epic Fury” əməliyyatı uğurla yekunlaşıb və nəticədə İranın raket hücumları 90 faiz, pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar isə 95 faiz azalıb.

Xatırladaq ki, martın 13-də Donald Tramp ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı pilotsuz uçuş aparatlarından müdafiə sahəsində Ukraynanın dəstəyinə ehtiyac olmadığını bəyan etmişdi.

O daha sonra vurğulamışdı ki, ABŞ ordusunun Kiyevin yardımına ehtiyacı yoxdur və Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtonun bu cür dəstəyi qəbul edəcəyini gözləyən sonuncu şəxs olduğunu qeyd etmişdi.

//Gülnarə Abasova, Editor.az