Ağ Ev: Ukraynaya əsgər, məsləhətçi və ya hərbi ekspertlər göndərməyəcəyikbackend

Ağ Ev: Ukraynaya əsgər, məsləhətçi və ya hərbi ekspertlər göndərməyəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan bəyan edib ki, ölkəsi Ukraynaya əsgər, məsləhətçi və ya hərbi ekspert göndərməyi planlaşdırmır.

Editor.az xəbər verir ki, bunu ABŞ prezidentinin Fransaya gedən Air Force One təyyarəsində keçirdiyi mətbuat konfransında ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan deyib.

Ukraynaya göndərilən silahların Kiyev üçün neqativ vəziyyəti dəyişməyə kömək etdiyini iddia edən rəsmi ABŞ-ın yardımı gecikdiyi üçün Ukraynanın özünü “dərin çuxur”da tapdığını bildirib. Ukraynalıların indi bu çuxurdan çıxdığını bildirən Sullivan ümid etdiyini bildirib ki, Ukrayna ordusu nəinki müdafiəni davam etdirə, həm də hücuma keçə bilər. Son zamanlar Qərbdə Ukrayna münaqişəsinə birbaşa müdaxilənin tərəfdarı olan bəyanatların sayı artmaqdadır.

//Gülnarə Abasova, Editor.az