Vaşinqton tezliklə Kiyevə yeni hərbi yardım paketini elan edəcək.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Yeni paketin 2,1 milyard dollar dəyərində olduğu bildirilir. Kirbi qeyd edib ki, Vaşinqton Kiyevin ehtiyac duyduğu silahları əldə etməyə diqqətini davam etdirir. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yeni yardım paketi çərçivəsində Hawk raket sistemləri, 105 və 203 mm çaplı artilleriya mərmiləri, Puma tipli İHA-lar və lazer naviqasiya sistemi raket kompleksləri üçün raketlər alacağını açıqladı. Pentaqon ABŞ-ın Ukrayna əsgərlərinə texnikanın hazırlanması və saxlanması kimi məsələlərdə də yardım edəcəyini bəyan edib.
//Gülnarə Abasova, Editor.az

