Ağ Ev  Zelenskinin gələcəyi haqqında nə düşünür?backend

Ağ Ev Zelenskinin gələcəyi haqqında nə düşünür?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evin sözçüsü Karolin Levitt Ukrayna prezidenti Volodimir Zelenskinin gələcəyi ilə bağlı suala cavab verməyib.

“Prezidentin sabahkı söhbətini qabaqlaya bilmərəm. Amma telefon danışığı baş tutan kimi mən mütləq məlumat verəcəyəm”, – xanım Levitt jurnalistlərin sabahkı danışıqlarda Volodimir Zelenskinin gələcəyinin müzakirə olunub-olunmayacağı ilə bağlı sualı cavablandırıb.

Fevralın 28-də Vaşinqtona səfəri zaman Zelenski ilə Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı müxtəlif mövqelərə görə Donald Trampla ictimai münaqişə yaranıb. Ukrayna prezidenti kompromis çağırışlarını rədd edib və uzunmüddətli sülh zəmanəti olmadan atəşkəslə razılaşmayacağını təkid edib. Donald Tramp Vladimir Zelenskinin sülhə hazır olmadığını deyib.

Bundan başqa Donald Tramp Ciddədə Ukrayna-ABŞ danışıqları başa çatdıqdan qısa müddət sonra Vladimir Putinə zəng edəcəyinə söz verib. Amerika prezidenti rusiyalı həmkarı ilə ərazi məsələlərini və Zaporeje AES-ə nəzarəti müzakirə etməyi planlaşdırır. Kreml qarşıdakı söhbətin mövzularını dəqiqləşdirməkdən imtina edib.

Samir Qurbanov,Editor.az