Ağ evdə Vladimir Zelenski və Donald Tramp arasında baş verən münaqişə qəsdən törədilib – Almaniyanın seçilmiş kansleri Fridrix Merzbackend

Ağ evdə Vladimir Zelenski və Donald Tramp arasında baş verən münaqişə qəsdən törədilib – Almaniyanın seçilmiş kansleri Fridrix Merz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evdə görüş zamanı Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Donald Tramp arasında münaqişə Amerika tərəfi tərəfindən qəsdən törədilə bilər.

Editor.az bildirir ki, bu fikri Almaniyanın gələcək kansleri Fridrix Merz deyib. “Məncə, Oval kabinetdəki bu görüş Zelenskinin sözlərinə kortəbii reaksiya deyil, açıq-aydın, təxribatlı eskalasiya idi. Söhbətin tonu məni bir qədər təəccübləndirdi və heç bir fayda vermədi”, – Merz şərh edib.

O, Zelenski ilə görüşdə istifadə olunan ritorikanın ABŞ-ın yeni administrasiyasının ümumi davranış xəttinə uyğun olduğuna əmin olduğunu bildirib. “Vaşinqtonda gördüklərimiz, o cümlədən Münhen təhlükəsizlik konfransında Amerika nümayəndə heyətinin çıxışı son bir neçə həftənin hadisələr zəncirində müəyyənləşdirilmiş bir ardıcıllıqdır”, – Merz deyib.

//Samir Qurbanov, Editor.az