Gürcüstan xarici agentlər haqqında qəbul etdiyi qanuna görə Vaşinqtonun dərhal tətbiq edəcəyi viza məhdudiyyətləri ilə üzləşəcək.
Editor.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib: “Biz Gürcüstana qarşı viza sanksiyaları tətbiq etməkdən çəkinməyəcəyimizi açıq şəkildə bildirdik”, – Metyu Miller deyib.
Rəsmi xatırladıb ki, ABŞ Tbilisinin demokratik yoldan uzaqlaşaraq ölkənin vətəndaş cəmiyyətini təhdid edən kursundan çox narahatdır.
//Samir Qurbanov,Editor.az

