Ağ Evdən kimyəvi silah iddialarına CAVABbackend

Ağ Evdən kimyəvi silah iddialarına CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evin sözçüsü Jen Psaki Rusiyanın ABŞ-ın Ukraynada kimyəvi və bioloji silah istehsal etdiyinə dair iddialarını təkzib edib.

Editor.az-ın “Son Dakika” ya istinadən verdiyi məlumata görə, Jen Psaki bu barədə Twitter hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“ABŞ-ın Ukraynada bioloji silah laboratoriyalarına sahib olması həqiqətə uyğun deyil. Çin dövlətinin də bu fərziyəni irəli sürdüyünü görürük. Bu iddialar Rusiyanın dezinformasiya kampaniyalarından biridir”

Jen Psaki ABŞ-ın Kimyəvi və Bioloji Silahlar Müqaviləsindəki öhdəliklərini yerinə yetirdiyini və belə silahlar hazırlamadığını vurğulayıb.

Qeyd edək ki, Ağ Ev sözçüsü Rusiyanın özünü bu tip silahlardan istifadə etməklə ittiham edib:

“Rusiyalı müxalifətçi Aleksey Navalnının zəhərlənməsində, bu silahdan istifadə olunduğunu düşünürük. Bundan əlavə Rusiyanın dəstəklədiyi Bəsər Əsəd rejiminin, hətta Suriyadakı rus ordusunun da kimyəvi silahlardan istifadə etməsi barədə məlumatlarımız var. Bu isə beynəlxalq hüquqa ziddir.

//Nəzərbəy Hacıağayev, Editor.az