Ağ Evin mətbuat katibi Kerolin Levit bu gün jurnalistlərə bildirib ki, ABŞ Prezident Donald Trampın qərarından sonra Ukraynadakı münaqişənin maliyyələşdirilməsini dayandırıb. O, əlavə edib ki, ölkə NATO-ya xeyli miqdarda silah “göndərməyə və ya satmağa” davam edir.
Ağ Ev dəfələrlə Vaşinqtonun Ukraynanı maliyyələşdirməsini dayandırdığını bildirib. İndiyədək ABŞ münaqişəyə 350 milyard dollar xərcləyib. Tramp bildirib ki, Amerika hökuməti artıq bu münaqişəyə pul xərcləmir, əksinə NATO ölkələrinə silah satmaqla pul qazanır.
Xatırladaq ki, iyul ayında Donald Tramp və NATO-nun baş katibi Mark Rutte Ukraynanı dəstəkləmək üçün yeni bir mexanizm – “Ukraynanın prioritet tələb siyahısı” barədə razılığa gəliblər. Bu mexanizm Avropa ölkələrinə və Kanadaya Ukrayna üçün ABŞ ehtiyatlarından silah almağa imkan verir. Oktyabr ayına qədər Kiyevə maliyyələşdirilən çatdırılmaların məbləği təxminən 1,9 milyard avroya çatmışdı.
//Samir Qurbanov, Editor.az

