“Ağ ölüm” adlı layihə həyata keçirilib- FOTObackend

“Ağ ölüm” adlı layihə həyata keçirilib- FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Maarifçi Gənclər Təşkilatı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ağ ölüm” adlı layihə həyata keçirib.

Editor.az xəbər verir ki, 26-30 sentyabr 2022-ci il tarixlərində 2 nömrəli Bakı Baza Tibb Kollecində təşkil edilən layihənin başlıca məqsədi əsrimizin bəlası olan narkomaniya probleminə qarşı gəncləri qorumaq və onları bu istiqamətdə maarifləndirməkdir.

Layihə çərçivəsində təşkil edilən tədbirdə gənclərə maarifləndirici bukletlər paylanılıb və onlar hədiyyə, sertifikatlarla təltif olunublar. Tədbir zamanı narkomaniyadan bəhs edən “Ölümünü özü sifariş edənlər” adlı sənədli film nümayiş edilib və film ətrafında müzakirələr aparılıb. Sonda isə film disklərə çoxaldılaraq gənclərə paylanılıb.