Cənubi Afrikanın Kimberli şəhərində tutuquşular ağacdan düşən günəşdə fermentləşdirilmiş manqonu yeyərək sərxoş olublar.
Editor.az ABC News-da yer alan məlumata istinadən xəbər verir ki, Kimberleydəki Broome Baytarlıq Xəstəxanası son həftələrdə çoxlu sayda sərxoş tutuquşu müalicə etməli olduqlarını açıqlayıb.
Kimberleydə manqo mövsümünün sonunda tutuquşuların ağaclardan tökülən günəşdə fermentləşdirilmiş manqolarda istehsal olunan etanolu istehlak etdikdən sonra sərxoş olduqları müəyyən edilib.
Baytar Paul Murphy bəzi tutuquşuların müalicə üçün klinikaya aparıla bildiyini söylədi.
Mörfi tutuquşuların ölüm səbəbinin təkcə spirtli içki yox həm də özlərinin hərəkətlərində səhvlərin olduğunu söyləyərək “Eşitdik ki, onlar uçarkən pəncərələrə çırpılır, yerə yıxılır və digər yırtıcıların hədəfinə çevrilir”.
Qırmızı qanadlı tutuquşuların fermentləşdirilmiş manqo istehlak edən yeganə növ olması hələ məlum deyil.
//Gülnarə Abasova, Editor.az

