Ağadadaş Ağayev Nurəddin Cəlilovla barışdı – FOTOLARbackend

Ağadadaş Ağayev Nurəddin Cəlilovla barışdı – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Lent.az-a verdiyi eksklüziv açıqlamasında bildirib ki, qarşı tərəflə bütün məsələlərdə ortaq məxrəcə gəliblər:

“Notariusda gəlmişik barışıq üçün. Artıq düşmənçiliyə əsas yoxdur. Hər şey qaydasındadır”.

Ağadadaş Ağayevin vəkili Asim Abbasov qeyd edib ki, tərəflər öz aralarında barışıq əldə ediblər indi isə bu barışığı rəsmiləşdirmək üçün buradadırlar. Vəkilin sözlərinə görə, rəsmiləşdirilən barışıq ərizəsi Binəqədi Rayon Məhkəməsində keçiriləcək prosesdə təqdim ediləcək.

“MedEra Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov Lent.az-a açıqlamasında Ağadadaş Ağayevin pərəstişkarı olduğunu və ondan üzr istədiyini deyib:

“Xalqdan və Ağadadaş Ağayevdən üzr istəyirəm. Belə şey olmamalı idi. Artıq barışmışıq və heç bir problem yoxdur”.