Ağadadaş Ağayevin xəstəxananın mühafizəçisi ilə davasına dair görüntülər yayılıb. Hadisə Binəqədi rayonu ərazisində yerləşən “MedEra” qeydə alınıb.
Yayılan məlumata görə, xalq artisti bir neçə gün əvvəl qulağından əməliyyat olunub. “MedEra” nın gözətçisinə deyib ki, oradan bir tibb bacısı çağır, gəlib mənim qulağıma baxsın. Mübahisə də məhz bu səbəbdən yaranıb. Daha sonra mübahisə daha da böyüyərək davaya çevrilib. Yayılan video-görüntülərə əsasən, Ağadadaş Ağayev həmin şəxs tərəfindən döyülüb.
Yenisabah.az Ağdadaş Ağayevlə dalaşan mühafizəçinin kimiliyi ilə bağlı “MedEra” klinikası ilə əlaqə saxlamağa çalışsa da, müraciətmiz cavabsız qalıb. Klinikadan bu barədə danışmaq istəmədiklərini bildirdilər: “Rəhbərlik göstəriş verib ki, bu barədə hər hansı açıqlama verilməsin”.
Qeyd edək ki, A.Ağayevin mühafizəçiyə tulladığı balta orada işləyən xanım Paşayevanın ayağına dəyib.

