Ağamirzə həmkarlarını biabır etdi: “Kərimin xəstə olmasına sevinən meyxanaçılar var” – VİDEObackend

Ağamirzə həmkarlarını biabır etdi: “Kərimin xəstə olmasına sevinən meyxanaçılar var” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəng vurub deyirlər ki, filan meyxanaçının məclisimizdə iştirak etməsini istəyirik. Amma o filankəs dediklərinə zəng edirəm telefonuma cavab vermir. Verdikləri nömrələrə də zəng edirsən, lakin zəng çatmır. Nə ona zəng, nə də buna mesaj çatır. Yalandan mənə niyə verirsən nömrəni?”

Bizim.media xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov “Şou xəbər” verilişinə müsahibəsində deyib.

Həmkarlarından incidiyini açıb ağardan söz xiridarı bildirib ki, onlara zəng etsə də, nə telefonuna, nə də ki, mesajlarına cavab verirlər:

“Onlar məni görəndə heç nə olmamış kimi qucaqlayıb salamlaşırlar. Çalışıb, cəhd edib özümü bir təhər tuturam. Həyatım boyu onlara bir daha zəng vurmayacağam. Elə meyxanaçılardan incimişəm ki… Sadə xasiyyəti olan meyxanaçıların qadasını alım. Onların qədrini bilin. Sizin telefonunuza cavab verməyənlərin nömrəsini heç telefonunuzda saxlamayın. Elə meyxanaçı var ki, onun nömrəsini telefonumdan silmişəm. Deyirlər ki, filankəs filan meyxana deyəndir, belə tanınmışdır… Mənim üçün isə dəxli yoxdur…”

Ağamirzə üzünü ağ olan həmkarlarının adını çəkməsə də, onların paxırlarını gün üzünə çıxarıb, biabır edib:

“Meyxanaçı Kərimin (hazırda yataq xəstəsi olan Kərim Novruzov – red.) yanına gedənlər, onun heç bir dəfə belə halını soruşmayıblar. Onlar yolda məni görüb deyirlər ki, 5-6 günə gedib Kərimə baş çəkəcəyəm. Mənə də yox da…

Elə meyxanaçı var ki, 5-6 il ərzində bir dəfə Kərimə baş çəkib. Elələri var, heç gəlməyib, elələri də var ki, Kərimin bu vəziyyətinə sevinib. Adlarını çəksəm şok olarsınız. Məni görəndə bəzi meyxanaçılar var, deyirlər ki, qulluğunda 24 saat durmağa hazırıq. Gecənin yarısı 3-4-də zəng vur. Amma bunların hamısı yalandır. İstəyirəm adlarını çəkim, amma özümü saxlayıram. Qanım qaralır”.