Meyxanaçı Ağamirzə Məmmədovun qızı Amerikada ailə qurub.
Editor.az axşam.az-a istinadla xəbər verir ki, bu barədə o, “Qonaqcanlı” verilişində deyib.
İfaçı toyda iştirak edə bilməyib:
“Oğlan, Mehdi Amerikada işləyirdi. Qızım da təhsillə bağlı getdi. Həm ziyarət, həm ticarət. Təzə, bu il getmişdi. Onlar bir-birini çoxdan istəyirdilər. Həm təhsil almağa, həm onunla ailə qurmağa getdi. İyunun 8-də toy olub. Biz iştirak edə bilmədik. Qismət, Allah necə yazıb, elə də olmalıdır. El adəti ilə orada toy olub. Elariz (Məmmədoğlu – red.) də toyu idarə edib”.
Bundan başqa, meyxanaçı baba olub, böyük qızının övladı dünyaya gəlib.

