Ağamusa Zeynalov dünyasını dəyişdibackend

Ağamusa Zeynalov dünyasını dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin sabiq müəllimi Ağamusa Zeynalov vəfat edib.

Pravda.az xəbər verir ki, A.Zeynalov ötən gün axşam saatlarında uzun sürən xəstəlikdən sonra 81 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ağamusa Bahadur oğlu Zeynalov 1940-cı il yanvarın 10-da anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinə jurnalistika ixtisası üzrə qəbul olunub və 1963-cü ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirib.

O, 1963-1965-ci illərdə Azərbaycan Pedaqoji İnstutunda “Gənc müəllim” qəzetində işləyib,1973-1977-ci illərdə BDU-nun “Bakı universiteti” qəzetində redaktor vəzifəsində çalışıb. 1965-1994-cü illərdə isə “Bakı universiteti” nəşriyyatına direktorluq edib.

A.Zeynalov 1994-cü ildən Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında baş müəllim vəzifəsində çalışıb. Tələbələrin sevimli müəllimi kimi tanınan A.Zeynalov bir neçə il bundan öncə yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.

Fakültədə yüzlərlə jurnalistin yetişməsində rolu olan A.Zeynalov 50 elmi məqalə, 600-dən çox publisistik məqalənin müəllifidir.

 

Allah rəhmət eləsin!