Ağdam-Xankəndi yolundan imtinanın arxasında hansı niyyətlər var?-“Seçim qarşı tərəfindir”-ŞƏRHbackend

Ağdam-Xankəndi yolundan imtinanın arxasında hansı niyyətlər var?-“Seçim qarşı tərəfindir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın Laçın rayonu ərazisində nəzarət-buraxılış məntəqəsini təmin etdikdən sonra Ermənistan və havadarları tərəfindən süni gərginliyin yaradılması istiqamətində fəaliyyət davam edir. Çox təəssüf ki, 23 aprel tarixində ortaya qoyduğu iradə və Laçın yolunun nəzarətə götürülməsi, daşınan yüklərin, nəqliyyat vasitələrinin yoxlanması istiqamətində atılan addımların Azərbaycanın suveren dövlət hüquqları ilə əlaqələndirmək əvəzinə, Qarabağdakı erməni sakinlərin blokadaya alınması, irqi ayrı-seçkilik, irqi diskriminasiya siyasəti kimi təqdim etməyə çalışdılar”.

Bu sözləri politoloq Anar Əliyev Editor.az-a ermənilərin hələ də yükdaşımalar üçün Ağdam-Xankəndi yolundan istifadə etmək niyyətində olmaması fonunda təxribatçı addımları barədə şərhində deyib.


Politoloq Beynəlxalq Ədalət Məhkəməsinin iyul ayının əvvələrində beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq qəbul etdiyi Azərbaycanın suveren dövlət ərazilərində istənilən addımı atmaq hüququna sahib olması barədə qərarını və Laçın postu ilə bağlı məsələni Azərbaycanın daxili işi kimi qiymətləndirməsini müsbət hal kimi dəyərləndirib:

“Təəssüf ki, bundan sonra Ermənistan dövləti və ictimaiyyəti eyni zamanda, havadarları mövcud vəziyyəti qəbul edərək Azərbaycanla sülh prosesi istiqamətində real addımlar atmaq əvəzinə növbəti “humanitar fəlakət” şousuna başladılar. Ötən ayın 26-da Fransanın beyin mərkəzlərində hazırlanan və Ermənistan hakimiyyəti, ayrı -ayrı qruplaşmaları tərəfindən reallaşdırılan “humanitar böhran” şousu ötən müddət ərzində də davam etməkdədir. Bu müddət ərzində Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə kimi qiymətləndirilə biləcək bəyanatlar verilib. Azərbaycana qarşı ərazi bütövlüyü, sərhəd toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental prinsiplərinin pozulmasına xidmət edən çağırışlar səslənib. Çox təəssüf ki, bu çağırışlarda bəzi hallarda beynəlxalq güclərin, ayrı-ayrı dövlətlərin rəsmi şəxslərinin iştirakını da görürük. Belə əsassız ittihamlarla Azərbaycanın mövqeyinə təsir edə bilməyəcəklərini gördükdən sonra bir neçə gün bundan öncə Ermənistan teleqram kanallarında “Xaçlılar” adlı terror təşkilatının üzvlərinin Laçın nəzarət postuna hərəkəti yürüşünün təşkil edildiyi, Azərbaycanın bundan nəticə çıxartmarsa, zor tətbiq etməklə nəzarət-buraxılış məntəqəsini sıradan çıxaracaqları ilə bağlı sərsəm bəyanatlar səsləndirdilər. Hesab edirəm ki, Azərbaycan istənilən təxribatçı addıma cavab vermək gücündədir. Biz bunu dəfələrlə sübut etmişik. Azərbaycan sülh tərəfdarı olmaqla yanaşı, həm də terrorrizmə qarşı da qanunun ən sərt üzü ilə mübarizə aparmaq iradəsindədir”.

A. Əliyev birmənalı şəkildə baş verənlərlə bağlı məsuliyyətin Ermənistan hakimiyyəti və havadalarının üzərinə düşdüyünə diqqət çəkib:

“Seçim qarşı tərəfindir. Sülh istəyəcəksə, rəsmi Bakı bunda hər zaman maraqlıdır. Ancaq qarşı tərəf terror, təxribatı seçəcəksə, bu təxribatlarında qarşısının alınması istiqamətində Ordumuz ən sərt addımları atmağa da hazırdır. Bu baxımdan belə şoularla Azərbaycana təzyiq etmək və ya iradəsi əksinə geri çəkilməyə məcbur etmək mümkün deyil. Qarabağda erməni sakinlər arasında heç bir halda nəinki blokadaya alınma, ən xırda problemlər belə mövcud deyil. Çünki Laçın yolu erməni sakinlər üçün keçidə açıqdır. Ötən müddət ərzində, eləcə də 26 iyuldan sonra da onlarla, yüzlərlə erməni dinc sakinin Qırmızı Xaç Komitəsinin müşayiəti ilə Ermənistana və yaQarabağa keçidi təmin edilib. Eyni zamanda, Azərbaycan Ağdam-Xankəndi yolunu təklif edib və məqsəd humanitar yardımların, ehtiyac olan ərzaqların, dərmanların onlara çatdırılması ilə bağlıdır. Hesab edirəm ki, ac olan, ehtiyacı olan tərəf üçün yardımın hansı yolla gəlməsinin heç bir əhəmiyyəti ola bilməz. Əgər sən yol fərqini ortaya qoyursansa, buradan iki nəticə ortaya çıxır. Birincisi, ya sənin bəyan etdiyin kimi heç bir ehtiyacın yoxdur ac deyilsən, və ya ikincisi, separatçılar, havadarları səni girov saxlayaraq ac qalma vəziyyətindən öz çirkin maraqları üçün istifadə edir. Bundan başqa digər variantlar istisna olunur və buna görə də bütün məsuliyyət yalnız Qarabağdakı erməni separatçılarının, Ermənistan hakimiyyəti və onları belə təxribatçı addımlara təhrik edən kənar qüvvələrin üzərinə düşür”.

//Gülnarə Abasova, Editor.az