Ağdamda dəhşət: qadın 10 aylıq qızını boğub öldürdü – TƏFƏRRÜATbackend

Ağdamda dəhşət: qadın 10 aylıq qızını boğub öldürdü – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdamda ana qızını qətlə yetirib.

Rayonun Qərvənd kəndində məskunlaşan 1992-ci il təvəllüdlü İsmayılova Günel Şahsevər qızı ailə münaqişəsi zəminində on aylıq körpə qızını boğaraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. G.İsmayılova saxlanılaraq Polis Şöbəsinə aparılıb.

Günel İsmayılovanın 10 aylıq qızını öldürməsinə ailəsindəki problemlər səbəb olub.

Bu barədə Oxu.az-ın bölgə müxbirinə yerli sakinlər məlumat verib.

Onların sözlərinə görə, 27 yaşlı G.İsmayılova bir müddət əvvəl ikinci dəfə ailə həyatı qurub.

Yeni qurulan ailədə tez-tez münaqişələr baş verib. Boşanmaq ərəfəsində olan qadın övladını boğaraq öldürüb.

//ONA