Ağdamda evdən oğurluq edən şəxs saxlanıldıbackend

Ağdamda evdən oğurluq edən şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdamda evdən 10 min manat pul oğurlayan şəxs saxlanılıb.

Ağdam Rayon Polis Şöbəsinə rayonun Çəmənli kəndi ərazisində yerləşən evlərin birindən 10 300 manat pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub.

Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Xaliq İsmayılov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə X.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.