Ağdamda icra nümayəndəsi qəzada öldü: Sükan arxasında içkili olub? – YENİLƏNİB + AÇIQLAMA/VİDEObackend

Ağdamda icra nümayəndəsi qəzada öldü: Sükan arxasında içkili olub? – YENİLƏNİB + AÇIQLAMA/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam Rayon İcra Hakimiyyəti başçısının Əlimədətli kənd ərazi nümayəndəsi, 1985-ci il təvəllüdlü Fərrux Cabbarov yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.

Mərhumun qohumunun sözlərinə görə, icra nümayəndəsi sükan arxasında olarkən ürək tutması səbəbindən dünyasını dəyişib.

Sosial şəbəkələrdə Fərrux Cabbarovun sürücülük hüququnun olmaması, avtomobilinin başqasına məxsus olması və ona etibarnamənin verilməməsi haqda yayılan xəbərlərə mərhumun qohumu belə aydınlıq gətirib:

“Çoxu deyir ki, içkili olub, sürücülük vəsiqəsi olmayıb. Xeyr, yalan söhbətdir. Sürücülük vəsiqəsi var, içki qəbul edən insan deyil. Rayonumuz, camaatımız üçün çalışan biri idi”.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:

10:48

Ağdamda ərazi nümayəndəsi yol-nəqliyyat hadisəsi zamanı ölüb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Fərrux Nazim oğlu Cabbarov idarə etdiyi 02-BR-360 dövlət qeydiyyat nişanlı “Lada Priora” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Qeyd edək ki, F.Cabbarov Ağdam rayonu Əlimədətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb

Faktla bağlı araşdırma aparılır.