Ağdamda mina partlayışı –Yaralanan varbackend

Ağdamda mina partlayışı –Yaralanan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdamın işğaldan azad olunmuş Yusifcanlı kəndində mina partlayışı baş verib.

Musavat.com-un məlumatına görə, hadisə nəticəsində kənd sakini, 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu xəsarət alıb.

Hazırda ANAMA əməkdaşları yaralının ərazidən çıxarılması üçün hadisə yerindədir.

Faktla bağlı araşdırma davam edir.