Ağdamda sərxoş piyada əlindəki içki şüşəsini maşınlara vurdubackend

Ağdamda sərxoş piyada əlindəki içki şüşəsini maşınlara vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam rayonu Quzanlı kəndində sürücülərə təhlükə yaradan piyada görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb.

Piyada yolun hərəkət hissəsində dayanaraq avtomobillərə qəza riski yaradıb. Belə ki, o, xoşagəlməz hərəkətlər edərək əlindəki içki şüşəsini nəqliyyat vasitələrinə vurmağa çalışıb. Piyadanı görən sürücülər ehtiyatlı davranaraq yaranmış təhlükəni dəf ediblər.

Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri piyadanın mütəmadi olaraq içki qəbul etdiyi bildiriblər.

Məsələylə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır və ətraflı məlumat veriləcək.