Ağdaşda ağır yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar varbackend

Ağdaşda ağır yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdaşda yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Yanvarın 22-də saat 22 radələrində Ağdaş şəhəri ərazisində VAZ-21011 və “Honda” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “VAZ”ın sürücüsü, 1990-cı il təvəllüdlü İlham Azər oğlu Məmmədov, onun 3 sərnişini, habelə digər nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Sürücü İ.Məmmədov aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.