ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında Ukraynadakı münaqişənin bir neçə həftəyə həll oluna biləcəyini deyib.
O, qeyd edib ki, döyüşlərin “tezliklə” bitəcəyinə inanır. Nə qədər “tez” olduğunu soruşduqda o, belə cavab verib: “Düşünürəm ki, ağıllı olsaq, biz bunu bir neçə həftə ərzində bitirə bilərik” Amerika prezidenti daha sonra əlavə edib: “Ağıllı olmasaq, bu davam edəcək və məğlub olmağa davam edəcəyik”.
Bundan əvvəl Emmanuel Makron Rusiya ilə Ukrayna arasında atəşkəsin bir neçə həftə ərzində əldə oluna biləcəyinə inandığını bildirib. “Əvvəlcə bizə atəşkəs lazımdır. “Düşünürəm ki, buna yaxın bir neçə həftə ərzində nail olmaq olar” – o, “Fox News”da deyib. Eyni zamanda, qeyd edib ki, atəşkəs elə olmalıdır ki, onu “yoxlamaq” mümkün olsun.
//Samir Qurbanov, Editor.az

