Xəbər verdiyimiz kimi, Mingəçevirdə baş vermiş ağır yol qəzasında 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Editor.az unikal.az-a istinadən xəbər verir ki, yol qəzasında yaralananlardan biri keçmiş N saylı taborun komandiri və Vətən Müharibəsi iştirakçısı Əlzamin Mirzəyevdir.
Hazırda təqaüddə olan mayor Mirzəyevin qəzada çiyin çanaq sümüyü sınıb. Eyni zamanda maşında olan həyat yoldaşı Xəyalə Mirzəyeva da xəsarət alıb.
——–
09:18
Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.
Editor.az report-a istinadən xəbər verir ki, “Mercedes Vito” markalı mikroavtobus öncə minik avtomobili ilə toqquşub, sonra idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində 1 nəfər – 1989-cu il təvəllüdlü Yasəmən Həbliyeva aldığı xəsarətdən dünyasını dəyişib. Qəza zamanı habelə daha 7 nəfər – 1973-cü il təvəllüdlü Teyyub Məhərrəmov, 1985-ci il təvəllüdlü Elgiz İsmayılov, 1980-ci il təvəllüdlü Əlizamin Musayev, 1990-cı il təvəllüdlü Xəyalə Mirzəyeva, 1983-cü il təvəllüdlü Amil Nəbiyev, 1992-ci il təvəllüdlü Nuranə Mustafayeva və 2020-ci il təvəllüdlü A.Həbliyev xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan 4 yaşlı A.Həbliyevin vəziyyəti ağır qiymətləndirilir. Digərlərinin vəziyyəti kafi və orta-ağırdır.
Qeyd edək ki, ölən və zərərçəkənlər Bakıdan Mingəçevirə qayıdan “Mercedes Vito” markalı mikroavtobusda olan sərnişinlərdir.
Faktla bağlı araşdırma aparılır.