Ağatafa rayon İcra Hakimiyyəti inzibati binasının akt zalında rayon ictimaətinin iştirakı ilə İctimai Şuranın seçkisi təşkil olunub. Yekunda 11 nəfər üzv Şuraya seçilib.
Şura üzvlərinin iclasında Hüseyn Hüseynov sədr, Teymur Əliyev Sədr müavini, Türkan Hüseynova katib seçilib. İctimai Şuranın sədr müavini Teymur Əliyev açıqlamasında qeyd edib ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçiriməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı nəzərdə tutulur.
Yeni formalaşan komanda ilə birlikdə çalışacıq ki, rayon ictimaətinin və sakinlərinin etimadını doğruldaq. Qısa zamanda yeni fəaliyyət planımızı ictimaətə təqdim edecik. Planlarımızda ilk olaraq sakinlər üçün “Asan Qəbul” xidməti yaradacıq. Həftə içi hər gün saat 10:00-dan 17:00-a qədər inzibati binada vətəndaş qəbulu keçirəcik. Eyni zamanda kənd və qəsəbələrdə Səyyar qəbulların keçirilməsi əsas məqsədlərimizdən biridir. Sakinlərimizin bir başa bizimlə əlaqəyə keçməsi üçün qaynar xətt və facebook səhifəsi yaratmışıq. Yaxın zamanda web saytımız istifadəyə veriləcək. Planlarımız çoxdur çalışacıq ədalətli şəkildə işimizi icra edək.



