Ağsuda 14 yaşlı oğlan özünü asdıbackend

Ağsuda 14 yaşlı oğlan özünü asdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağsu rayonunda yeniyetmə oğlan intihar edib.

Editor.az “Report”a istinadən xəbər verir ki, hadisə Əlheydər Qarayev küçəsində qeydə alınıb.
Belə ki, Ağsu rayon sakini, 2007-ci il təvəllüdlü X.Ə. yaşadığı evdə özünü asaraq intihar edib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.