Ağsuda keçmiş məhkumlar yenidən həbsə göndərildilərbackend

Ağsuda keçmiş məhkumlar yenidən həbsə göndərildilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də oğurluq, eləcə də digər cinayət etdikləri üçün məhkum olunmuşlar – İlqar Məlikov, Şamil Qasımov və Adıgözəl Süleymanov saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, A.Süleymanovdan marixuana, digər iki nəfərdən isə metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanıb, məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.