Ağsuda “Ramka” ləqəbli “patı” istifadəçisi saxlanılıbbackend

Ağsuda “Ramka” ləqəbli “patı” istifadəçisi saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağsu rayonunda “patı” istifadəçisi saxlanılıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 yaşlı Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş “Ramka” ləqəbi ilə tanınan Ziyadxanlı Raman Xəndan oğlu saxlanılıb.

O, Ağsu RPŞ-ə gətirilib və üzərinə keçrilən baxış zamanı əynində olan cins şalvarın cibindən siqaret kağızına bükülmüş təmiz çəkisi 1,7 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

İlkin dindirmə zamanı R.Ziyadxanlı əməlini səmimi etiraf edərək bu işdən peşman olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq işləri davam etdirilir.