ABŞ-ın cənubundakı Florida ştatında ağzında insan qalıqları olduğu bildirilən 4 metrlik timsah polis tərəfindən öldürülüb.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, Pinellas dairəsinin şərif ofisindən verilən açıqlamada, timsahın öldürüldüyü, 41 yaşlı Sabrina Pekhemin bədəninin qalan hissələrinin su kanalında tapıldığı bildirilib. Qadının necə öldüyü istintaqla aydınlaşacaq. Həyatını itirən qadının evsiz olduğu və yaxınlıqdakı meşəlik ərazidə evsizlərin qurduğu düşərgədə yaşadığı məlum olub.
Qadının ölüm səbəbi tibbi ekspertizadan sonra məlum olacaq.
Ərazidə yaşayan insanlar əvvəllər kiçik ölçülü timsahlar gördüklərini, lakin bu hadisədəki kimi böyük timsahın şahidi olmadıqlarını bildiriblər.
//Gülnarə Abasova, Editor.az