Avropa İttifaqı (Aİ) 2031-ci ilə qədər hərbi xərclərini 2 trilyon avro artırmağı planlaşdırır.
Editor.az xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaja Kallas məlumat verib.
Kallas Aİ-nin militarizasiyasını sürətləndirməsi və ittifaq daxilindəki ölkələri hərbi xərclərini daha da artırmağa məcbur etməsi üçün tələb etməyə davam edəcəyini söyləyib.
Qeyd edək ki, ötən həftə Ağ Evdə jurnalistlərə açıqlama verən Donald Tramp bildirib ki, ABŞ artıq Ukraynaya hərbi yardım üçün pul xərcləmir. O, bunun Amerikanın NATO müttəfiqlərinin müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırması ilə mümkün olduğunu izah edib. Bu o deməkdir ki, onlar indi ABŞ-dan silah alıb öz şərtləri ilə Kiyevə verirlər.
//Gülnarə Abasova, Editor.az

