“Aİ-92” və dizel bahalaşacaqmı?backend

“Aİ-92” və dizel bahalaşacaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın vaxtlarda Azərbaycanda “Aİ-92” markalı benzin və dizel bahalaşacaq.

Bu barədə “Bakinski Burila” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, qiymət artımı çox olmayacaq.

Həmçinin vurğulanır ki, “Aİ-92” markalı benzinin keyfiyyəti yüksək deyil və nisbətən ucuzdur.

“Faktiki olaraq aşağı qiymətlə daxili bazarda elektromobillərə keçidi ləngidirik. Bu, ilk baxışdan paradoksal görünsə də, uzunmüddətli perspektivdə bu növ yanacaqların bahalaşması həqiqətən də sərfəlidir”, – teleqram kanalın həmsöhbətləri bildirib.

Belə addım olarsa, bu zərurətdən irəli gələcək. Çünki Aİ 92 və dizel bir tərəfdən ciddi ekoloji problemlər yaradır, digər tərəfdən isə dünyada geniş vüsət almış elektrik mühərriklərə Azərbaycanda keçidi ləngidir.  Bu qərar elektrik avtomobillərə keçidini əsaslı şəkildə stimullaşdıracaq.

Qeyd edək ki, hazırda ölkədə “Aİ-92” markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 1 manat, dizelinki isə 80 qəpikdir.