Zaman keçdikcə Avropanın təhlükəsizliyinin təmin edilməsində ABŞ-ın rolu azalacaq.
Bu barədə Avropanın müdafiə komissarı Andrius Kubilius Litvanın LRT dövlət televiziyasına müsahibəsində bildirib.
“Təbii ki, uzunmüddətli perspektivdə ABŞ-ın Avropanın müdafiəsində iştirakının azalması ehtimalı var, çünki amerikalılar daha çox Hind-Sakit Okean regionuna diqqət yetirirlər”, – Aİ komissarı bildirib.
Kubilius əlavə edib ki, Avropa ölkələri regional təhlükəsizlik üçün məsuliyyəti öz üzərinə götürməyə hazır olmalıdır. O bildirib ki, Avropa ölkələri ABŞ-ın geri çəkiləcəyi təqdirdə xaosdan qaçmaq üçün plan hazırlamalıdır.
Martın sonunda Euractiv xəbər vermişdi ki, Avropa İttifaqı ABŞ-ın iştirakı olmadan qitəni təkbaşına hərbiləşdirmək planlarını həyata q çətinliklərlə üzləşəcək.
//Gülnarə Abasova, Editor.az