Avropa İttifaqı Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsində iştirak etdiyinə görə Belarusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb. Paketdə Avropa İttifaqının Rusiyaya qarşı qoyduğu məhdudiyyətlər təkrarlanır.
Editor.az “Bloomberg”ə istinadən xəbər verir ki, məhdudiyyətlər xüsusilə əsas texnologiyaların və enerji sektorunun ixracına təsir edəcək. Söhbət hərbi məqsədlər üçün istifadə olunan və ölkənin sənaye potensialını gücləndirə bilən ikili təyinatlı malların və texnologiyaların ixracının qadağan edilməsindən gedir. Bundan əlavə, Belarusiya neft, kömür, polad məhsulları, qızıl, dəbdəbəli mallar, investisiyalar, müəyyən xidmətlərin göstərilməsi ilə bağlı ticarət məhdudiyyətlərinə, habelə aviasiya və enerji sektorlarına, əsas gəlir mənbələrinə zərbə vura biləcək tədbirlərə məruz qala bilər.
Qeyd edek ki, bildirilir ki, Belarusun fiziki və hüquqi şəxslərinə qarşı tətbiq edilən sanksiyalardan yayınmağa kömək edənləri də cinayət məsuliyyətinə cəlb etmək mümkün olacaq. Belarusiyaya qarşı yeni sanksiyalar paketinin qəbulu Aİ-yə üzv olan bütün dövlətlərin təsdiqini tələb edəcək.
//Gülnarə Abasova, Editor.az

