Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell İsrailin “persona non-qrata” elan etdiyi və ölkəyə girişinə qadağa qoyduğu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşi dəstəklədiklərini açıqlayıb.
Editor.az xəbər verir ki, bu barədə Borrell sosial media hesabından paylaşım edib.
“Ona qarşı edilən haqsız hücumları və BMT-nin humanitar yardım işçilərinin qəbuledilməz sayda itkisini təəssüflə qınayırıq. BMT-nin baş katibi Antonio Quterreşi bütün münaqişələrdə, xüsusilə də Yaxın Şərqdə sülhün təmin edilməsi istiqamətində yorulmaz səylərini dəstəkləyirik”,- deyə paylaşımda deyilir.
//Gülnarə Abasova, Editor.az

