Avropa İttifaqı və Ukrayna iyunun 25-də təhlükəsizlik zəmanətləri haqqında sazişi ratifikasiya edə bilər.
Editor.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir. Agentliyin məlumatına görə, sazişin imzalanması çərşənbə və ya cümə axşamı Brüsseldə baş tuta bilər. “Çərşənbə axşamı Şura bu sazişi (təhlükəsizlik zəmanətləri üzrə – Gazeta.Ru) təsdiq edəcək), imzalanma çərşənbə və ya cümə axşamı Brüsseldə baş tuta bilər”, – agentliyin mənbəsi bildirib.
Bundan əvvəl Almaniyanın Welt nəşri Ukraynanın 2024-cü ildə yeni əks-hücum planlaşdırdığını yazmışdı.
//Gülnarə Abasova, Editor.az

