Oktyabrın 25-26-da Brüsseldə Avropa İttifaqının (Aİ) təşkilatçılığı ilə Qlobal Portal Forumu keçiriləcək.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, tədbirin əsas məqsədi Çinin “Bir kəmər, bir yol” proqramına cavab olaraq alternativ həllərin hazırlanması olacaq.
Materialda deyildiyi kimi, regional ictimaiyyət onun üçün strateji əhəmiyyət kəsb edən bölgələrdə ÇXR ilə rəqabətə belə girmək istəyir. Tədbirdə 20-yə yaxın ölkənin liderləri və ya baş nazirinin iştirakı gözlənilir. Forumda iştirak edən dövlət və hökumət başçıları arasında Banqladeş, Seneqal, Namibiya və Moldova prezidentləri var.
Agentliyin məlumatına görə, tədbirdə Avropanın ən böyük şirkətlərindən bəziləri təmsil olunacaq. Söhbət konkret olaraq Orange və Telefonica telekommunikasiya texnologiyaları şirkətlərindən gedir. Foruma elektronika şirkəti Siemens, sığorta şirkəti Allianz və enerji şirkəti Enel də öz işçilərini göndərəcək. Bundan əlavə, qida şirkəti Danone və mühəndislik şirkəti Alstom da Qlobal Portal təşkilatçılarından dəvət alıb.
//Gülnarə Abasova, Editor.az

