Avropa Parlamentinin Qadın Hüquqları və Gender Bərabərliyi Komitəsi, Avropa Parlamentinin Vətəndaş Azadlıqları, Ədliyyə və Daxili İşlər Komitəsində Ukraynadakı müharibədən zərər çəkmiş qadınların vəziyyəti müzakirə edilib.
Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, müzakirələr zamanı müharibədən ən çox əziyyət çəkənlərin qadınlar olduğu bildirilib. Ukraynadakı qadınlar xüsusi ilə yeniyetmə və gənc qızlar müharibə zamanı cinsi təcavüzə məruz qalırlar. Sığındıqları ölkələrdə isə iş tapmaq çətinliyi ilə üzə-üzə qalırlar. Xüsusilə uşaqlı xanımların iş tapması çox çətindir.
Ukraynadan təxminən 5 milyon insan Aİ ölkələrinə sığınıb. Bunların 80 faizini qadınlar və uşaqlar təşkil edir. Aİ Komissiyasının İnsan Qaçaqmalçılığı Koordinatoru Diana Şmit bildirib ki, ukraynalılar Aİ ölkələrində ən çox insan alverinin qurbanı olacaq 5 millətdən biri olub.
“Ukraynadan gələn qaçqınlar xüsusilə də qadınlar insan alverçiləri, bəzi mafia qrupları tərəfindən cinsi istismara yönəldə bilər. Onları hətta küçələrdə də diləndirə bilərlər. Müharibədən qaçmış qadınların olduğu stansiyalarda çox sayda insan alverçiləri müşahidə olunub. Biz diqqətli olmalıyıq. Bəziləri həqiqətən xanımlara yardım məqsədi ilə yaxınlaşır. Ancaq bir çoxunun niyyəti yaxşı deyil. Məhz buna görə ukraynalı qaçqınları qəbul edən ölkələrin hökumətlərindən diqqətli olmağı xahiş edirik. Xüsusilə də qaçqınlara yaşayış imkanları təqdim edən şəxsləri ciddi araşdırsınlar. İnsan alveri artıq geniş vüsət alır. Bu şəbəkənin fəaliyyətini artıq internet və sosial şəbəkələr üzərində də müşahidə edirik. Biz qadınların onlayn işə qəbulunu azaltmaq üçün texnologiya şirkətləri ilə dialoqu davam etdirməliyik. Əgər biz onları təhsil və bacarıqlarına əsasən əmək bazarında iştiraklarını təmin etsək, səhiyyəyə əlçatanlığını asanlaşdırsaq onları cinayətkar qruplardan qoruya bilərik”,- deyə Diana Şmit bildirib.
//Editor.az

